Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirib ki, Qərbin Yaxın Şərqə müdaxiləsi sona çatıb və artıq məsələ regional həll yollarından, tərəfdaşlıqlardan və hörmətə əsaslanan diplomatiyadan asılıdır.
Hafta.az-ın yazdığına görə, Barak X platformasındakı hesabında yazıb: "Suriya faciəsi bölünmə bətnindən doğulub. Onun yenidən doğulması namus, birlik və xalqa sərmayə ilə olmalıdır".
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi keçmiş prezident Bəşər Əsəd rejiminin süqutunun sülhə yol açdığını vurğulayaraq, sanksiyaların ləğvinin Suriya xalqı üçün “rifah və təhlükəsizlik qapılarını” açacağını bəyan edib.