“Vaşinqton öz problemlərini həll etmək əvəzinə, məsuliyyətdən yayınmaq və günahı başqalarının üzərinə atmaq üçün hər cür cəhd edir, tariflərə, hətta şantajlara və ultimatumlara əl atır” deyib.
Hafta.az-ın yazdığına görə, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya rəsmi səfəri zamanı verdiyi müsahibədə deyib.
"ABŞ-ın özü xəstədir, lakin başqalarını müalicə almağa məcbur edir" deyən Vanq, Trampın ticarət müharibələrinin "təkcə qlobal bazara və ticarət nizamına deyil, həm də ABŞ-ın reputasiyasına ciddi zərbə vuracağını" vurğulayıb.
“Öncə Amerika”ya Amerika zorakılığı ilə nail olmaq olmaz, xüsusən də digər ölkələrin maraqları bahasına”, - deyə nazir əlavə edib.
Trampın fentanil məsələsini tariflərin ikiqat artırılmasına haqq qazandırmaq üçün bəhanə kimi istifadə etməsinin "heç bir əsasının" olmadığını vurğulayan Vanq deyib: "Fentanildən sui-istifadə amerikalıların özlərinin həll etməli olduğu bir problemdir. Çin dünyanın istənilən ölkəsindən fərqli olaraq sərt və əhatəli narkotiklərlə mübarizə siyasəti yürüdür. Yenə də biz ABŞ-a mümkün olan hər cür insanlıq prinsipi ilə yardım etdik. Amma necə cavab verdilər, yaxşılıqla yox, şərlə və gömrük rüsumlarının əsassız sərtləşdirilməsi ilə”.
Nüvə problemi və Tramp administrasiyasının arsenalların azaldılması ilə bağlı son danışıqlarını şərh edən Vanq deyib ki, ABŞ qlobal strateji etibarsızlıqda mərkəzi aktordur və milli təhlükəsizlik strategiyasında nüvə silahının çəkisini azaltmalı və riskləri azaltmaq üçün digər addımlar atmalıdır.
Vanq əlavə edib ki, ABŞ-ın "nüvə paylaşma" və "genişlənmiş nüvə çəkindirmə" siyasəti, qlobal raketdən müdafiə sistemi yaratmaq səyləri, ABŞ-ın quruda yerləşən orta mənzilli raketləri və digər strateji silahlarını digər ölkələrin sərhədləri yaxınlığında yerləşdirməsi qlobal strateji təhlükəsizliyi "baltaladı".
"Biz Vaşinqtonu nüvə müharibəsi risklərini azaltmaq və planetin nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün ciddi səylər göstərməyə, nüvə müharibəsi risklərini azaltmaq və planetin nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün ciddi səylər göstərməyə çağırırıq" deyib Vanq.
Vanq bildirib ki, Çin-Rusiya münasibətləri başqaları üçün heç bir təhlükə törətmir və xarici müdaxiləyə məruz qalmır. Bu münasibətlər nəinki böyük dövlətlər arasında yeni münasibətlərin müasir nümunəsidir, həm də təlatümlü dünyada mühüm sabitləşdirici amildir.
Bundan başqa, Vanq bu il İkinci Dünya Müharibəsi başa çatmasının 80-ci ildönümü ilə bağlı şərhlərində bildirib ki, o dövrdə “xeyirlə şər arasında amansız müharibədə Asiya və Avropada əsas döyüş cəbhəsi kimi xidmət edən” Çin və Rusiya “faşizm və militarizmə qarşı birgə mübarizədə əsas qüvvələrdir”.