Trampın davranışları İsraildə də həyəcan yaradır... - Yerli KİV

17:33 15.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrail təhlükəsizlik strukturunun yuxarı eşelonlarında ABŞ prezidenti Donald Trampın İran məsələsində mövqeyinin qaranlıq qalması və müttəfiqlər üçün bələdçi ola biləcək aydın “qırmızı xətlərin” olmaması ilə bağlı narahatlıq artır.

Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə tanınmış bloqçu  Aleksey Jeleznyov öz telegram- kanalında məlumat yayıb.

Anonim İsrail təhlükəsizlik rəsmisi jurnalistlərə Ağ Evdən aydınlıq gəlməməsindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, Trampın davranışı çox vaxt impulsiv və proqnozlaşdırmaq çətin kimi qəbul edilir və bu, Qüdsdə(İsrail bu qədim şəhəri “yerusəlim” adlandıraraq Trampın xeyir-duasıyla paytaxt elan edib - S.L.) müəyyən narahatlıq yaradır.

“İsrail əslində nə istədiyini bilmir (İranla bağlı – redaktorun qeydi),” mənbə qeyd edib.

O vurğulayıb ki, hazırda əsas risklərdən biri Tehranla potensial sazişin bağlanmasıdır və bu, güzəşt kimi qəbul edilə bilər. İsrail tərəfinin fikrincə, hadisələrin bu cür inkişafının ölkənin müdafiə strategiyasına ciddi ziyan vurması mümkündür: razılaşma İranın nüvə təhlükəsinə qarşı müstəqil tədbirlər, o cümlədən güc ssenarisi imkanlarını əngəlləyə bilər.

İranın nüvə silahına doğru irəliləməyə davam etməsi ilə İsrailin əməliyyat azadlığını itirməsi qəbuledilməz risk ola bilər.