ABŞ prezidenti Donald Trampın Çin mallarına tətbiq etdiyi yüksək rüsumlar Pekini Amerika mayeləşdirilmiş təbii qazının (LNG) idxalını dayandırmağa vadar edib.
Hafta.az-ın “Noviye İzvestiya”ya istinadən yazdığına görə, bu inkişaf son illər Avropa bazarında payını itirən və ciddi itkilərlə üzləşən “Qazprom”un uzun müddətdir ki, ümid bağladığı “Sibirin gücü-2” layihəsini yenidən canlandırıb. Ekspertlərin fikrincə, Çinin qaza olan tələbatını ödəmək üçün yeni mənbələr axtarışı 9 May Qələbə Günü öncəsi Moskva ilə Pekin arasında yeni boru kəməri sazişinin imzalanmasına səbəb ola bilər.
Bununla belə, layihə ilə bağlı bəzi qeyri-müəyyənliklər qalmaqdadır. Çin qazı daxili qiymətlərlə almaq istəyir. Bu min kubmetr üçün təxminən 60 dollar qiymət deməkdir. Amma bu, hazırkı beynəlxalq qiymətlərin dörddə birinə bərabərdir. Rusiya bu təklifi qəbul etmir, çünki bu şərtlər layihənin gəlirliliyini məhv edir. Bununla belə, tərəflər arasında danışıqların gedişatı ABŞ-Çin ticarət müharibəsinin dərinliyindən asılı olaraq dəyişə bilər.
“Sibirin Gücü 2”nin gücünün birinci Sibir boru kəmərindən daha uzun və daha yüksək tutumlu olması planlaşdırılır: 2500 kilometr uzunluğunda və ildə 50 milyard kubmetr qaz nəql edə bilər. Boru kəməri sərt təbii şəraitdən keçəcəyi üçün onun həm tikintisi, həm də dəyəri kifayət qədər baha olacaq. İlkin layihə 800 milyard rubla planlaşdırıldı, lakin 1,1 trilyon rubla başa gəldi. Nəzərə alsaq ki, 2024-cü ildə şirkətin itkiləri 1 trilyon rubla (12 milyard dollar) çatacaq, yeni layihə üçün maliyyə tapmaq asan olmayacaq.
Rusiya bu layihəni öz ərazisində, həm də Monqolustandakı hissəsində həyata keçirməyə hazırdır. Lakin “Qazprom”un maliyyə çətinliyi dövləti Milli Rifah Fondundan aşağı faizli kreditlərə arxalanmağa məcbur edib. Pekinin layihəni strateji görüb-görməməsi həlledici olacaq. Çin “yox” deməsə də, “hə” deməyə tələsmir. Çinin qərar vermə mexanizmləri qaz kəmərinə üstünlük verməyə başlasa, imza qaçılmaz ola bilər.