Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir - Ölkə başçısı

13:43 21.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.