Ukraynanın XİN başçısı Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

17:00 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mayın 25-də Bakıda Zəfər parkını, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ukraynaəsilli Milli Qəhrəmanı Viktor Seryoqinin məzarını ziyarət edib.

Hafta.az xəbər verir ki, nazir görkəmli Ukrayna şairi Taras Şevçenkonun Azərbaycan paytaxtında ucaldılmış abidəsini də ziyarət edərək, önünə gül çələngi qoyub, abidənin yerləşdiyi parkda ağac əkib.