“Uşaqlarımız üçün kifayət qədər milli, keyfiyyətli məzmun yoxdur” - Səidə Mirziyoyeva

10:33 11.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidentin köməkçisi Səidə Mirziyoyeva aparıcı animasiya studiyalarının nümayəndələri ilə görüşdə bəzi problemlərdən söz açıb.

Hafta.az-ın yazdığına görə, S.Mirziyoyeva bu bu barədə öz sosial səhifəsində yazıb.

“Uşaqlarımızın izlədiyi məzmunun əksəriyyəti xarici istehsallardır. Milli, keyfiyyətli məzmunumuz yetərli deyil. Xüsusilə uşaqlar üçün özbək mahnıları, milli dəyərlərimizi əks etdirən cizgi filmləri, maarifləndirici məzmunlar azdır. Ona görə də bu istiqamətdə fəaliyyət göstərən “Donoça” kimi layihələri dəstəkləyirəm. Onları daha da inkişaf etdirmək lazımdır” deyən xanım Mİrziyoyeva bildirib ki, uşaq ədəbiyyatının, milli nağılların da yeni nəslin inkişafında rolu çox böyükdür.

Özbəkistan prezidentinin köməkçisi Respublika Uşaq Kitabxanasında da olub.

"Biz bu nadir məkanda çoxlu tapıntılara rast gəldik. Məsələn, gips divarların arxasında ötən əsrin ortalarına aid heyrətamiz divar rəsmləri aşkarlanıb. Nəticədə tarixin ruhu və müasir ab-hava bir yerdə təcəssüm olunub", - S.Mirziyoyeva deyib.