Usta binadan yıxılaraq öldü

10:34 14.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binada təmir işləri aparan usta yıxılaraq ölüb.

Hafta.az xəbər verir ki, hadisə avqustun 13-də Balakən şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Teymur Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Müxəlif dərəcəli ağır bədən xəsarətləri alan usta hadisə yerində ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.