Üzərinə beton plitə aşan kişi öldü

15:57 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 47 yaşlı yaşlı kişinin üzərinə beton plitə aşıb.

 

Hafta.az xəbər verir ki, hadisə Metallurq küçəsində qeydə alınıb.

 

Belə ki, metal satışı ilə məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton plitə aşıb. O, hadisə yerindəcə ölüb.

 

Faktla bağlı araşdırma aparılır.