XİN başçısı Avstriya - Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə görüşüb - FOTO

23:36 25.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 25-də Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya - Azərbaycan Ticarət Palatası və Avstriya - Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildiriblər ki, görüşdə nazir münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə "yaşıl enerji zonasının" yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri barədə məlumat verib.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakının mümkünlüyü qeyd olunub və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.