Xarici diplomatlar Qubadlıda

14:57 06.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandakı diplomatik korpusların rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri Ermənistan işğalından azad edilmiş Qubadlı rayonuna səfər ediblər.

Hafta.az-ın xəbərinə görə, onları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və s. rəsmi şəxslər müşayiət edir.