Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenska Ankarada CNN Türk-ün Ukraynadakı son vəziyyət və hadisələrlə bağlı suallarını cavablandırıb.
Hafta.az-ın yazdığına görə, Yelena Zelenska 24 fevral 2022-ci ildə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı başlayan genişmiqyaslı işğal cəhdi ilə ümumilikdə 14 min müdafiəsiz ukraynalının həyatını itirdiyini bildirib. Zelenska onların 529-nun uşaq olduğunu da vurğulayıb.
Sözügedən məlumatları hər an təqib etdiyini deyən Zelenska, müharibə şəraitində “yeni normallaşma” təsvirinə belə cavab verib: “Başqa şansın yoxdursa, öz evində oyana bilmirsənsə, buna necə normal deyə bilərik? Amma biz işləməliyik, oxumalıyıq, uşaqlar məktəbə getməli, insanlar işlərini davam etdirməlidirlər. Biz kənardan sakit görünməyə çalışırıq, amma əslində içimizdə hansı fırtınaların qopduğunu təsəvvür edə bilməzsiniz. Biz bunu yeni normal adlandıra bilmərik. Biz buna öyrəşmək və bu bizim üçün təhlükəsiz olmadığından təhlükəli həqiqəti qəbul etmək istəmirik. Mən bunu yeni normallaşma adlandırmaq istəmirəm. Müharibə uzun müddət davam edərsə, bu normal olmamalıdır. Çünki yükümüz yüngülləşmir və nə qədər emosional olsa da, bizi yorur. Təbii ki, biz güclü olmağa çalışırıq. Əgər bizi sakit görürsənsə, bu o deməkdir ki, biz həqiqətən güclü olmağa çalışırıq”.
Yelena Zelenska Trampın “Meharibəni Ukrayna başladı” deməsinə cavab laarq bildirib ki, bu müharibə yeni başlamayıb. “Müharibə 2014-cü ildə, rus əsgərlər gəlib Krımı işğal edəndən başladı. O zaman biz çox ümid edirdik ki, kənardan kimsə bizə kömək edəcək. İstəyirdik ki, xaricdən kimsə gəlib haqqımızda nəsə desin, bizi qorusun, amma təəssüf ki, bu olmadı. Biz istəmirik ki,insanlarımız müharibə və işğal şəraitində yaşamağa öyrəşsinlər və ya bunun bizim üçün yeni normallaş olduğunu düşünmürəm. Çünki biz sağ qalmaq, öz torpağımızda yaşamaq və bunun üçün kömək istəyirik”, - Yelena Zelenska deyib.