“Yunan Kiprinə səfir göndərmək türk idealını satmaq deməkdir” – Kuat Əhməd

10:48 15.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan və digər Orta Asiya türk dövlətlərinin yunan Kiprində səfirlik açması reaksiyalara səbəb olarkən, qazaxların ən güclü siyasi opponentlərindən biri, turançı ziyalı Kuat Əhməd ortaya çıxan mənzərə haqqında sərt danışdı.

Hafta.az-ın yazdığına görə, Özbəkistan, Qazaxıstan və son olaraq Türkmənistan KKTC-ni tanımadıqları halda, Yunan Kiprinə (Cənubi Kipr) səfirlər təyin edib.

Səmərqənddə keçirilən Aİ-Mərkəzi Asiya Sammitində BMT-nin KKTC-ni istisna edən qətnaməsi qəbul edilib. Bildirilir ki, türk dövlətləri ümumilikdə 12 milyard dollar alıb, milli davaya xəyanət ediblər.

Qazaxıstanın ən güclü siyasi müxaliflərindən biri, Turançı ziyalı Kuat Əhməd ölkəsinin böyük qalmaqal yaratdığını bildirib.

Qazaxıstanın Yunanıstan və ya kipr yunanlarına qardaş olmadığını deyən Kuat Əhməd, "Biz qazax millətçiləri olaraq indi Cənubi Kiprlə razılaşmanı Qazaxıstanla Türkiyə arasında od qalamaq kimi qiymətləndiririk. Bizim orada nə işimiz var? Onlarla əlaqəmiz varmı? Bu addım türk idealını satmaq deməkdir. Bu addım türk qardaşlarımızın kürəyindən vurulan bıçaqdır” deyib.

Kuat Əhməd deyib ki, Türk Birliyi gələcəkdə mütləq reallaşacaq. “İndiki iqtidarlar mütləq gedəcəklər. Milləti bir-birindən heç kim ayıra bilməz. Ona görə yaşasın Turan, yaşasın Türk Birliyi” deyib.