“Euronews” televiziyasına müsahibəsində prezident İlham Əliyev dünyada yeni təhlükəsizlik arxitekturası haqda danışarkən, Tramp administrasiyası ilə güclü tərəfdaşlığa inandığını növbəti dəfə vurğuladı. Ölkə başçısı Ukraynada gedən müharibəni şərh edərkən, siyasətə və xüsusilə qlobal maraqların toqquşduğu coğrafiyalarda dövlət rəhbərliyinə gələn şəxslərə dərs, yol xəritəsi göstərdi”.
Hafta.az xəbər veriri ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruz bildirib.
Deputat qeyd edib ki, bu aksiomadır və indi Ağ Evin yeni sahibi gəlib və ABŞ-ın ayırdığı pulların hesabını istəyir.
“16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur. Lakin 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib. Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib. Heç bir millətə vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq”.
Z.Oruc bəyan edib ki, illərdir dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsin və görsün, Ulu Öndər Heydər Əliyev məğlub cəbhə hakimiyyətini necə kapitulyasiyadan xilas edib, Qələbəmizin əsasını qoymuşdu.
“Uzun on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar. Görün, Qorbaçovun “Pravda”sı ilə, Baydenin “The Washington Post”u necə bir-birinə bənzəyir”.
Deputat bu gün qalib Azərbaycanın taleyinin özündən asılı olduğunu bəyan edib.
“Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. Ermənistana sərhədi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər.
İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soyqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ Qələbəmizdir”.