İƏT nümayəndələri Ağdamda səfərdədirlər - FOTO

13:30 06.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Ağdamda səfərdədirlər.

İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin Ağdama səfəri başlayıb.

Nümayəndə heyəti səfər çərçivəsində Ağdam cümə məscidinə, Ağdam şəhər məzarlığına, imarətə və Ağdam şəhər rayonlar arası avtovağzalına baxış keçirməsi planlaşdırılır.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.