Azərbaycan XİN Paşinyana şeirlə cavab verdi

09:47 16.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiyi iddiaları şərh edib.

Nazirlikdən hafta.az-a verilən şərhdə bildirilib ki, 14 aprel tarixində Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.


“N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”