Ukraynanın nüfuzlu xəbər portallarında Bakıdakı Hərbi Qənimətlər Parkının açılışı barədə silsilə xəbərlər dərc olunub.
Hafta.az xəbər verir ki, “Gordon”, “Korrespondent”, “Dialog” saytlarında dərc edilən xəbərlərdə 5 hektar ərazisi olan Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu tərəfindən düşməndən qənimət götürülən hərbi texnikanın bir qisminin - 300-dən çox eksponatın, o cümlədən 150-dən çox ağır texnikanın, tankların, döyüş maşınlarının, artilleriya qurğularının, zenit-raket komplekslərinin, atıcı silahların və hərbi nəqliyyat vasitələrinin sərgiləndiyi bildirilir.
Məqalələrdə, həmçinin Şuşaya atılan Rusiya istehsallı “İsgəndər–M” raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı dərc edilib və ölkəmizin bu suala cavab gözlədiyi qeyd olunub. Bundan başqa bildirilib ki, yeni salınan park Azərbaycan Ordusunun uğurlarının bariz nümunəsidir.