Biz sülh və rifah dolu region yarada bilərik

21:21 28.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik.

Hafta.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini deyən Prezident Məsud Pezeşkian qeyd edib:

“İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”.