“Bu hücum Rusiyanın nüvə terrorçusu olduğuna dair sübutdur” – Baş konsul

09:10 28.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"39 il öncə texniki qəza barməsi səbəbindən bölgəmiz və bütün dünya radiaktiv təhlükə ilə üz-üzə qalmışdısa, bu dəfə məqsədyönlü, düşmən təhdidi ilə qarşı-qarşıyayıq. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğalın bir hissəsi olaraq Rusiya Zaporoji Atom Elektrik Stansiyasını işğal etdi. O vaxtdan bəri Avropanın ən böyük nüvə stansiyasına çevrildi. Nüvə şantajı, vaxtaşırı minalarla vuruldu və Ukrayna personalı ciddi təzyiq altında işləmək məcburiyyətində qaldı. Bu münasibət müasir Kreml rejiminin əsl simasını açıq şəkildə ortaya qoyur”.

Hafta.az-ın yazdığına görə, bunu Ukraynanın İstanbuldakı baş konsulu Roman Nedilski deyib.

Diplomat Rusiyanın nüvə obyektlərini hərbi hədəfə çevirməsinin təkcə Zaporoji Atom Elektrik Stansiyası ilə məhdudlaşmadığını, Çernobıl Atom Elektrik Stansiyasının da genişmiqyaslı işğalın ilk günlərində hədəfə alındığını bildirib: “24 fevral 2022-ci ildə işğalın ilk saatlarında Çernobıl Atom Elektrik Stansiyası da hədəfə alındı. Zavod bir aydan çox Rusiyanın işğalı altında qaldı. Ruslar nüvə təhlükəsizliyinin əsas standartlarına məhəl qoymayıb, ən çox çirklənmiş ərazi olan Qırmızı Meşədə xəndəklər qazıb, stansiyanın elektrik təchizatını kəsib və sərf olunmuş yanacaq hovuzlarının soyutma sistemini sıradan çıxarıblar. Bu, müharibə zamanı nüvə obyektinin ələ keçirilməsinin dünyada ilk nümunəsi idi. Amma təəssüf ki, sonuncu deyil... 2024-cü il fevralın 14-nə keçən gecə Çernobıl Atom Elektrik Stansiyası növbəti dəfə hədəfə alınıb. “Şahid” tipli silahlı pilotsuz uçuş aparatı stansiyanın 4-cü reaktorunu əhatə edən konstruksiyaya düşüb. Xarici və daxili örtüklərə ciddi ziyan dəyib, kran sistemləri zədələnib. Bu hücum Rusiyanın bütün planeti təhdid edən nüvə terrorçusu olduğuna daha bir sübutdur”.