Fransa Cənubi Qafqazda regional gərginliyin qorunub saxlanılmasında maraqlıdır - Zaxarova

17:43 17.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda regional gərginliyin qorunub saxlanılmasında maraqlıdır.

Bunu bu gün Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Biz məhz Yelisey sarayının vasitəçilik səylərini Erməni-Azərbaycan münaqişəsini, ixtilafları kəskinləşdirilməsi bahasına həyata keçirməyə çalışmasının dəfələrlə şahidi olmuşuq. ATƏT-in Minsk qrupunun fəaliyyətinin sabotajı və faktiki olaraq dağılması ilə bağlı 2022-ci ildə baş verənlərə görə əsas məsuliyyət fransızların üzərinə düşür," – deyə Zaxarova vurğulayıb.