Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Gəncə Baş konsulluğu tərəfindən “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə Baş konsulluğun “Nuru Paşa” salonunda pandemiya səbəbilə məhdud sayda dəvətlinin iştirakı ilə tədbir təşkil olunub.

Hafta.az yazır ki, tədbirdə Gəncə Şəhər İcra hakimiyyəti ilə yanaşı, şəhər 2 saylı uşaq evinin sakinləri və media nümayəndələri də iştirak ediblər. Tədbirdə Qurtuluş Savaşında canlarından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin himnləri səsləndirilib.

Baş konsul Zeki Öztürk günün əhəmiyyətindən söz açıb. Uşaq Evi sakinlərinin şeirlə çıxışının ardından Türkiyə Böyük Millət Məclisinin quruluşu haqqında qısa film nümayiş etdirilib.