Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın biruzə verirdi - Sübhan Talıblı

10:55 15.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycan tarixinin 40 ili onun adı ilə bağlıdır.Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan edildi”.

Bu barədə hafta.az-a AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bildirib.

S.Talıblı tarixi faktlara istinadla bildirib ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürülüb.

“Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın biruzə verirdi. Ulu öndərin Azərbaycanı regional və beynəxalq güclərin əlindın qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Prezidenti və ali baş komandan İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlyünü təmin etdi.

Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyilə ilə olduqları hər yerdə qarət, terror, soyqırım, cinayətkarlıqla məşğul olan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevlə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi. Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycan maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və prakitiki addımlarla reallaşdırırdı”.

S.Talıblı qeyd edib ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi.