Yazını böyüt
Yazını kiçilt
Yeni mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq “Karvan-Yevlax” heyətini iki futbolçu ilə gücləndirib.
Hafta.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Elvin Əjdərli məlumat verib. O, müdafiəçilər Rəhim Cəfərli və Nemət Şıxamirovu transfer etdiklərini bildirib.
Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb. Cəfərli son olaraq “Mingəçevir”də, Şıxamirov isə “Şimal”da çıxış edib. Onlar, müvafiq olaraq, “Qarabağ” və “Qəbələ”nin yetirmələridir. Elvin Əjdərlinin sözlərinə görə, komanda bu gündən yeni mövsümün hazırlıqlarına start verəcək.