Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməyimiz qürur verir - Aytən Qurbanova

13:49 28.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın öz Müstəqillik Gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi qürurla ifadə olunur. Eləcə də 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradı, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın birgə iştirakının Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyinin təcəssümü, paradı kimi dəyərləndirilir.

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Aytən Qurbanova Azərbaycan-Türkiyə əməkdaşlığına böyük önəm verib. Xanım siyasətçi bildirib ki, "tək millət, iki dövlət" prinsipi ilə beynəlxalq münasibətlərdə siyasi, iqtisadi və hərbi tərəfdaşlığın yeni modelini formalaşdıran Türkiyə-Azərbaycan əlaqələri, 44 günlük Vətən müharibəsindən sonra yeni mərhələyə keçərək Şuşa bəyannaməsinin imzalanması ilə kulminasiya nöqtəsinə çatmışdır:

“Əslində yalnız dövlətlərarası maraqlar kontekstində deyil, həmçinin hər iki cəmiyyətin bir-birinə bağlılığı və qarşılıqlı etimadı çərçivəsində dəyərləndikdə, Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq modelinin tarixi və mədəni köklərini daha doğru şəkildə ifadə etmək mümkündür. Ancaq ortaq tarixi və mədəni irs, ictimai-siyasi dəyərlər və maraqlar əsasında formalaşan qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təsir edən ən əsas faktorlardan biri də heç şübhəsiz ki, liderlərarası münasibətlərdir. Belə ki, Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəp Tayyib Ərdoğan və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev arasında yüksək dostluq münasibətləri mövcud strateji müttəfiqliyi təşviq edən həlledici amillərdən biridir. Əslində prezident İlham Əliyevin "Türkiyə hardadırsa, Azərbaycan da ordadır" bəyanatı bu strateji tərəfdaşlığın yol xəritəsini təsvir etmək üçün yetərlidir. Ona görə də, bu gün hər iki cəmiyyətdə Türkiyənin və Azərbaycanın zəfəri də, kədəri də ortaqdır yanaşması hökm sürür".

Oxunma sayı 130
Gündəm rubrikasından digər xəbərlər