Qazaxda narkokuryer saxlanılıb - FOTO

13:53 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Azər Əliyev saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixauana, metanfetamin və heroin aşkar edilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan hafta.az-a bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, A.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.