Rusiya sülhməramlılarının belə davranışları yolverilməzdir - Eks-prezident

18:42 22.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlıları tərəfindən xalqı narazı salan davranışlar yolverilməzdir. Ancaq o da var ki, hər bir hərəkətdə təxribat, qıcıqlandırıcı məqamlar axtaran ayrı-ayrı xarici və daxili qüvvələr, şəxslər də bu cür davranışlardan yararlanaraq Ermənistan və Azərbaycan arasında yenidən lokal toqquşmalar yaratmağa, vəziyyəti gərginləşdirməyə bəhanə axtarırlar.

Bu fikirləri hafta.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib. deyib.
Onun sözlərinə görə,Rusiya sülhməramlılarının bəzi davranışlarını əsas tutub situasiyanı gərginləşdirməyə dəyməz: "Eyni zamanda hesab edirəm ki, bu cür cəhdlər Azərbaycanın Qarabağdakı son qələbəsindən və 10 Noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan və ayrıca Qarabağla əlaqədar başlanmış böyük işlərin dinamizminə heç bir maneə törədə bilməyəcək. Və tamamilə əminəm ki, haqq-ədalət bizim – Azərbaycanın tərəfindədir. Çünki Azərbaycan dövləti və xalqı özünün tam haqlı olmasını dərk edərək torpaqlarının azadlığı üçün mübarizəni başladıb. Eyni zamanda rəsmi Bakı hərbi əməliyyatlardan sonra digər problemlərin də siyasi yolla yekun həlli üçün bütün razılaşmalara əməl etməkdə davam edir. Və bu məqam daim dövlətimizin diqqət mərkəzində olacaq".