Şəhid övladı rəis müavini təyin edildi

20:00 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Hafta.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət -Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub.