Şərurda 16 yaşlı qız turşudan zəhərlənərək ölüb

13:30 22.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb.

Hadisə rayonun Kürkənd kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.