Şuşa Bəyannaməsə əsasən Qarabağda antiterror əməliyyatı apara bilərik - Teymur Qasımlı

11:32 15.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında strateji müttəfiqliyi daha da dərinləşdirir. 10 Noyabr sazişindən sonra Azərbaycan–Türkiyə əməkdaşlığı hərtərəfli sahədə dərinləşdirilməli və yeni ittifaqlar qurulmalıdır.

Bu fikirləri hafta.az-a politoloq Teymur Qasımlı deyib:

“Şuşa Bəyannaməsi yerində imzalanan sənəddir. Bu, həmçinin dünyaya, qonşu dövlətlərə belə bir mesaj verir ki, 10 noyabrdan sonra Türkiyənin Cənubi Qafqazda varlığı Şuşa Bəyannaməsi ilə təsdiqlənir. Azərbaycanın dövlət bütövlüyü, suverenliyi Türkiyə ilə əməkdaşlıqdan keçir. Dünyaya əsas mesaj budur ki, Türkiyə–Azərbaycan müttəfiqliyi bölgədə daimidir.

Şuşa Bəyannaməsi ratifikasiya olunduqdan sonra hərbi və təhsil sahələrində proses gedir. Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlığa başlanılıb. Şuşa Bəyannaməsi Azərbaycanın bölgədəki əməkdaşlığına, təhlükəsizliyinə çox böyük əhəmiyyət verir. Biz Şuşa Bəyannaməsinin maddələrinə əsasən Qarabağda antiterror əməliyyatı apara bilər, həm də Türkiyə Silahlı Qüvvələrini hər an ora dəvət edə bilərik.  Şuşa Bəyannaməsi türk birliyinin qurulmasına deyil, türk dövlətləri ilə əməkdaşlığa gətirib-çıxaran bir sənəddir”.