YAP İdarə Heyəti MSK üzvlüyünə namizədləri təsdiqlədi

15:30 23.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib. İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib

Hafta.az xəbər verir ki, həmin şəxslər bunlardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.