Qurultayın qərarı açıqlandı - PKK ləğv edildi

10:07 12.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Keçən həftə qurultayını topladığını açıqlayan PKK qurultayın yekun bəyannaməsini yayıb.

Hafta.az-ın yazdığına görə, silahlı terror təşkilatı olan PKK silahı yerə qoyduğunu və təşkilat olaraq özünü buraxdığını bəyan edib.

Bəyan edilib ki, “PKK kürd siyasi partiyalarının kürd demokratiyasını inkişaf etdirmək üçün üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə inanır.

Mətbuatda yer alan xəbərlərə görə, PKK 5-7 may tarixləri arasında Şimali İraqda iki fərqli yerdə konfrans keçirib və qəbul edilən “tarixi” qərarların tezliklə açıqlanacağını bildirmişdi.