"Şəhərsalma layihələrində iqlim amili əsas şərtdir"

11:07 21.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Mənzil məsələsini torpaqdan, torpağı isə iqlimdən ayrı düşünmək mümkün deyil. Buna görə də hər bir tikinti və şəhərsalma layihəsini reallaşdırarkən iqlim amilləri nəzərə almalıdır".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Qvineya Respublikasının şəhərsalma, mənzil və ərazi planlaşdırılması naziri Mohamed Lamin Si Savane söyləyib.

WUF13 çərçivəsində müsbət təcrübələr öyrəndiklərini diqqətə çatdıran nazir deyib:

“Bu təcrübə Qvineyanın siyasətini daha da təkmilləşdirməsinə, eləcə də artıq bizimlə əməkdaşlıq edən tərəfdaşlarla birlikdə vətəndaşlarımızı layiqli mənzillərlə təmin etməyə və onların təhlükəsiz, hüquqi baxımdan zəmanətli mülkiyyət əldə etmələrinə imkan yaradacaq”.